Azərbaycanda tanınmış həkim koronavirusdan öldü - FOTO
04 oktyabr 2021 16:21 (UTC +04:00)

Azərbaycanda tanınmış həkim koronavirusdan öldü - FOTO

Azərbaycanda daha bir həkim COVID-19-a yoluxma səbəbindən vəfat edib.

Lent.az xəbər verir ki, bir müddət əvvəl koronavirusa yoluxan Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Anesteziologiya və reanimatologiya kafedrasının dosenti, əməkdar həkim Aydın Qədirovun müalicəsi xəstəxanalardan birində getsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Əməkdar həkim bir müddət Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimatoloqu da olub.

# 9510
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar