Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin SAYI
18 mart 2021 12:12 (UTC +04:00)

Azərbaycanda qeydiyyatda olan narkotik istifadəçilərinin SAYI

“Narkoloji Mərkəzdə müalicə alan xəstələrə dərman müalicəsi ilə yanaşı, psixoloqlar tərəfindən fərdi və qrup terapiyaları şəklində psixoloji yardım göstərilir. Mövcud durumu nəzərə alaraq xəstələrə psixoloji yardımın intensivliyi artırılıb”.

APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin şöbə müdiri Pərvin Məmmədov deyib.

O bildirib ki, son dövrlər edilən müraciətlərə əsasən polinarkomaniya, yəni iki və daha artıq sintetik, yarım sintetik və təbii narkotik vasitələrin birlikdə qəbulu halları çoxalıb: “Psixostimulyatorlar qrupundan olan sintetik psixoaktiv maddə “metamfetamin” və opiatların birlikdə qəbulu istifadəçilərin sinir sistemində kəskin pozuntular yaradır. Belə hallarda həkim-narkoloqlarla yanaşı müalicədə həkim-psixoterapevt və həkim-nevropatoloqlara ciddi ehtiyac duyulur.

Hazırda Mərkəzdə qeydiyyatda olan narkotik maddə istifadəçilərinin sayı 33 min 788-dir. Onlardan 618-i qadın, 9-u 15-17 yaşlarda, 18-34 yaşlar arası 12969. Qeyd edim ki, ötən il bu rəqəm 32921 olub. Amma bu artımı Respublikada narkotik maddə istifadəçilərin sayının artması kimi qəbul etmək də düzgün olmaz. Düşünürəm ki, bu Narkoloji Mərkəzə müraciətlərin sayında olan dəyişiklikdir. Yəni biz bunu mərkəzdə aparılan müalicəyə olan inamın artması kimi dəyərləndiririk”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2493
avatar

Oxşar yazılar