Azərbaycanda polietilen torbaların istehsalında tələblərə əməl olunmur - RƏSMİ
07 yanvar 2021 11:03 (UTC +04:00)

Azərbaycanda polietilen torbaların istehsalında tələblərə əməl olunmur - RƏSMİ

“İlkin monitorinqlərin nəticələrinə görə, polietilen torbaların istehsalı zamanı tələblərə riayət olunmur”.

APA-nın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, ölkədə fəaliyyət göstərən iri marketlərin satış və marketinq üzrə mütəxəssislərinin iştirakı ilə onlayn görüşdə İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Araz Əliyev deyib.

O bildirib ki, qanunvericiliyin tələblərinə riayət etmək üçün insanları hazırlamaq lazımdır: “İlk tələb istehsalçılar üzərinə qoyulmalıdır. Onlar polietilen torbaların istehsalı zamanı standartları müəyyən etməlidirlər. Ticarət şəbəkəsində, istehsal sahəsində maarifləndirmə aparılmalıdır”.

Onun sözlərinə görə, bir çox istehsalçılar icazəsi olmadan polietilen torbaları istehsal edib satırlar. “Bu məsələlərə xüsusi diqqət edilməlidir. İstehsalçı məhsulun markalanmasını düzgün aparmalıdır. Standartda uyğun olanları markalanmada göstərməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1803
avatar

Oxşar yazılar