Martın 18-nə Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 18,996 nəfər peyvənd olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 474,607 nəfər peyvəndlənmə prosesində iştirak edib.
Peyvəndləmə respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.