"Bu günə qədər 357 yeniyetmə vaksinasiyada iştirak edib".
Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, onlar arasında hər hansı ağırlaşma, yaxud fəsad qeydə alınmayıb: "Yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılır. Bildiririk ki, yeniyetmələr yalnız tibbi göstəriş olduğu halda və hər iki valideyinin razılığı ilə peyvənd oluna bilərlər".