Azərbaycanda övladlığa verilən uşaqların SAYI
15 yanvar 2021 19:37 (UTC +04:00)

Azərbaycanda övladlığa verilən uşaqların SAYI

2020-ci il ərzində övladlığa verilən uşaqların sayı açıqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ötən il ümumilikdə 22 uşaq övladlığa götürülüb, onlardan 10-u qız, 12-si oğlandır.

Övladlığa götürülmüş uşaqlardan 10-u 0-3, 11-i 4-11, 1-i isə 12-18 yaş aralığındadır.  

Uşaqlardan 17-si yaxın qohumlar tərəfindən, 1-i müəssisədən, 2-si ögey ana və ya ata tərəfindən, 2-si valideynlər arası qarşılıqlı razılıq əsasında övladlığa götürülüb.

# 1674
avatar

Oxşar yazılar