“Oksigenlə zəngin hava şəraiti gözlənilir”.
Bunu Lent.az-a Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
Gürşad Məmmədova qeyd edir ki, fevralın 26-dan sonunadək ölkə ərazisi nisbətən yüksək təzyiq sahəsinin təsiri altında olacaq:
“Oksigenlə zənginləşən, əsasən yağmursuz, mülayim küləkli hava şəraiti üstünlük təşkil edəcək. Havanın temperaturu ötən günlə müqayisədə yüksələcək və gündüz saatlarında paytaxtda 4-8 dərəcə isti olacaq. Bu gecə havanın temperaturu 0-1 dərəcə şaxta olsa da, fevralın 27-28-də gecə saatlarında mənfi temperatur gözlənilmir”.
Gürşad Məmmədova bildirib ki, rayonlarda da fevral ayının 28-i axşamadək hava mülayim, əsasən yağmursuz keçəcək, lakin bəzi yerlərdə duman olacaq.