Azərbaycanda məktəblini oğurlamaq istədilər? - SƏS YAZISI
13 oktyabr 2021 13:25 (UTC +04:00)

Azərbaycanda məktəblini oğurlamaq istədilər? - SƏS YAZISI

Xəbərə səs yazısı əlavə olunub

***

saat 12:33

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə və whatsapp qruplarında məktəblərdən uşaqların oğurlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a açıqlamasında yayılan səs yazıları ilə bağlı araşdırma aparıldığını deyib:

“Bu, tamamilə yalan məlumatdır və təxribat məqsədi daşıyır. Yayılmış səs yazısında iddia olunan hallarla bağlı nazirliyə hər hansı şikayət, yaxud müraciət daxil olmayıb. Vətəndaşlara tövsiyə edirik ki, bu kimi faktsız iddialara inanmasınlar”.

Qeyd edək ki, son günlər məktəblərdən uşaqların oğurlanması ilə bağlı sosial şəbəkələrdə səs yazıları yayılır.

Həmin səs yazılarında qeyd olunur ki, Bakı və Sumqayıt ərazisində məktəblərdə uşaqları oğurlamaq istəyiblər.

# 5046
avatar

Mehman Nəbiyev

Oxşar yazılar