Azərbaycanda koronavirusla bağlı SON VƏZİYYƏT AÇIQLANDI
22 mart 2021 17:04 (UTC +04:00)

Azərbaycanda koronavirusla bağlı SON VƏZİYYƏT AÇIQLANDI

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 670 yeni yoluxma faktı qeydə alınıb, 211 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə  246974 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 233087 nəfər müalicə olunaraq sağalıb, 3366 nəfər vəfat edib, aktiv xəstə sayı 10521 nəfərdir.

Ölkədə son sutka ərzində 5928, hazırkı dövrədək isə 2782463 test aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2028
avatar

Oxşar yazılar