Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 10 yeni yoluxma faktı qeydə alınıb, 7 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Lent.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 792 820 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 049 nəfər müalicə olunaraq sağalıb, 9 714 nəfər vəfat edib, aktiv xəstə sayı 57 nəfərdir.
Ölkədə son sutka ərzində 2 508, hazırkı dövrədək isə 6 911 894 test aparılıb.