Azərbaycanda IV dalğa təhlükəsi: “Qapanmalar mütləq olacaq”  - VİDEO
24 iyul 2021 18:10 (UTC +04:00)

Azərbaycanda IV dalğa təhlükəsi: “Qapanmalar mütləq olacaq” - VİDEO

"Azərbaycanda 4-cü dalğa 3-cüdən güclü olacaq".

Lent.az məlumat verir ki, bu sözləri tibbi ekspert Vasif İsmayıl ARB kanalında deyib.

O bildirib ki, 4-cü dalğa avqustun ortasından sonra gözlənilir:

"Biz bunu təxmini hesablamalarımızla görə bilirik. Qapanmalar mütləq olacaq.

Dövlət ciddi şəkildə hazırlıq görüb. Hazırda xəstəxanalarda yerlər kifayət qədərdir. Xeyli dərmanlar alınıb. Hər şey hazırdır. Buna görə də "Evdə qal" kampaniyası və iş yerlərinin bağlanması olmaya bilər. Şəxsi fikrimə gəlincə isə, toylar və məclislər qadağan olunacaq. Bəlkə, idman salonları bağlanmadı".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9654
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar