Azərbaycanda istifadə edilən 3 peyvənd: Birinci doza ilə ikinci fərqli ola bilərmi? -  RƏSMİ CAVAB
18 may 2021 11:03 (UTC +04:00)

Azərbaycanda istifadə edilən 3 peyvənd: Birinci doza ilə ikinci fərqli ola bilərmi? - RƏSMİ CAVAB

Xəbər verdiyimiz kimi, bu gündən Azərbaycanda COVID-19 əleyhinə Rusiya istehsalı olan "Sputnik V” peyvəndinin tətbiqinə başlanılır.

Lent.az xatırladır ki, bundan əvvəl ölkədə Çinin “CoronaVac” və İngiltərə-İsveç birgə şirkətinin istehsal etdiyi “AstraZeneca” peyvəndindən istifadə edilirdi.

Maraqlıdır, birinci dozada “Sinovac” peyvəndi vurulan şəxslər ikinci dozada “AstraZeneca” və ya “Sputnik V” peyvəndi seçə bilərlərmi?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, yalnız bir peyvənddən istifadə edilə bilər:

“Birinci doza hansı peyvənd vurulubsa, ikinci də eyni olmalıdır və hər iki doza eyni miqdarda vurulmalıdır”.

Məlumatda qeyd edilib ki, ilk peyvənd vurulmasından 28 gün sonra ikinci doza  tətbiq olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1734
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar