10:05 21 yanvar 2021

Azərbaycanda istehsal olunan minik avtomobillərinin SAYI

Dövlət Statistika Komitəsi ötən il Azərbaycanda istehsal olunan avtomobillərin sayını açıqlayıb.

Komitədən Lent.az-a verilən məlumata görə, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 352,2 milyon manatlıq məhsul istehsal edilib. Əvvəlki illə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı isə 47,0 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 35,7 faiz artaraq, maşın və avadanlıqların istehsalı isə 5,1 faiz azalıb. 2020-ci ildə 1949 ədəd və ya ötən illə müqayisədə 411 ədəd az minik avtomobili istehsal olunub. 

# 1125
avatar

Mehman Nəbiyev

Oxşar yazılar