“Vaksin sertifikatının etibarlılıq müddəti ilə bağlı qərarları dəqiqləşdirəcəyik”.
Lent.az bildirir ki, bunu APA-ya açıqlamasında TƏBİB-in İdarə heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, 3 aydan sonra immunitet sertifikatı olanlar vaksinasiya üçün dəvət ediləcək: “Onları dəvət edəcəyik ki, xatırlatma dozası dediyimiz dozanı qəbul etsinlər. Bunda məqsəd xəstəlik keçirənlərdə yaranan hüceyrələrin davamlı olmasını təmin etməkdir. Gələcəkdə bu peyvəndin ildə bir dəfə, ya 6 aydan bir, ya da 2-3 ildən bir vurulacağı müəyyənləşəcək. Ola bilsin ki, mutasiya nəticəsində virus tamamilə zəiflədi və pandemiya səviyyəsindən çıxdı. Bu halda yalnız risk qruplarına vaksin tətbiq oluna bilər. Risk qrupuna daxil olanlar isə səhiyyə işçiləri və əsasən ürək xəstəliyi olan şəxslərdir. Ona görə elmi analitik məlumatları izləməli, onların nəticəsinə əsasən qərarlar verməliyik”.