Gələn il əmək pensiyalarının proqnozlaşdırılan orta aylıq məbləği məlum olub.
Lent.az-ın xəbərinə görə, bu, Hesablama Palatasının Dövlət Sosial Müdafiə Fondunun 2023-cü il üçün büdcə layihəsinə rəyində əksini tapıb.
Sənədə əsasən, əmək pensiyalarının orta aylıq məbləği 2019-cu ildə 263,59 manat, 2020-ci ilin ilk yarımilliyində 297,85 manat, 2020-ci ilin sonuna 302,24 manat, 2021-ci ilin ilk yarımilliyində 328,77 manat, həmin ilin sonuna 331,75 manat, 2022-ci ilin ilk yarımilliyində 367,98 manat təşkil edib, bu ilin sonuna isə 369,4 manat təşkil edəcəyi gözlənilir. 2023-cü ildə isə əmək pensiyalarının orta aylıq məbləğinin 52,6 manat və ya 14,2 faiz artaraq 422 manat təşkil edəcəyi proqnozlaşdırılır.
Pensiyaların orta aylıq məbləği 2020-ci ildə 2019-cu illə müqayisədə 14,66 % artıb. Bu göstərici 2021-ci ildə 2020-ci illə müqayisədə 9, 76 % yüksək olub, 2022-ci ilin sonuna gözlənilən məbləğin isə 2021-ci ilin müvafiq göstəricisindən 11, 35 % yüksək olacağı gözlənilməklə, 2023-cü ilin müvafiq göstəricisinin də 2022-ci ilin sonuna gözlənilən göstəricini 14, 24 % üstələyəcəyi proqnozlaşdılır.