Azərbaycanda dolu yağdı -  FAKTİKİ HAVA
14 sentyabr 2021 11:26 (UTC +04:00)

Azərbaycanda dolu yağdı - FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, sentyabrın 14-ü saat 11:00-a olan məlumata görə, ölkə ərazisində hava şəraiti nisbətən sabit olub, əsasən yağmursuz keçib.

Lakin Şəmkir, Daşkəsən, Gədəbəy, Zaqatala, Gəncə, Şəkidə şimşək çaxıb, qısamüddətli yağış yağıb, Şəmkirdə düşən yağışın miqdarı 2.0 mm olub.

Sentyabrın 13-ü axşam saat 22:30-da Gədəbəy rayonunun dağlıq ərazilərinə diametri 6-8 mm olan xırda dənəli dolu düşüb.

# 1506
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar