“Müəllim əməkhaqqısı dövlətin diqqətində olan məsələdir. Son 10 ildə müəllim maaşlarına 3 dəfə artım olub”.
Lent.az xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev media nümayəndələrinə keçirdiyi brifinq zamanı deyib.
Onun sözlərinə görə, müəllimlərin maaşı 2014-cü ilindən 267 manatdan 790 manata qaldırılıb:
“Ötən il sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlər 1195 manat maaş alır. Ölkə üzrə 2026-ci ilə qədər 910 manata çatdırılması nəzərdə tutulur”.