Azərbaycanda bir ildə 15 minə yaxın ailə dağılıb
17 fevral 2021 19:03 (UTC +04:00)

Azərbaycanda bir ildə 15 minə yaxın ailə dağılıb

2020-ci il ərzində ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 35348 nikah və 14628 boşanma halları qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 2019-cu ilə nisbətən 45,3 faiz azalaraq 3,5, boşanma səviyyəsi isə 1,5 təşkil edib.

Nikah səviyyəsi Kəlbəcər-Laçın (4,1), Aran (3,9), Dağlıq Şirvan (3,8), Yuxarı Qarabağ (3,6) iqtisadi rayonlarında və Bakı şəhərində (3,6), boşanma səviyyəsi isə Bakı şəhərində (1,8), Yuxarı Qarabağ və Kəlbəcər-Laçın (1,7) və Abşeron (1,6) iqtisadi rayonlarında ölkə göstəricilərindən yüksək olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1530
avatar

Oxşar yazılar