Azərbaycanda bakalavr təhsili 3 ilə endirilə bilər - hansı ixtisaslar dəyişəcək?
16 yanvar 2026 10:57 (UTC +04:00)

Azərbaycanda bakalavr təhsili 3 ilə endirilə bilər - hansı ixtisaslar dəyişəcək?

0

Bir çox ölkələrdə, o cümlədən Böyük Britaniya, İrlandiya, Hollandiya, Belçika, Almaniya, Fransa, İtaliya, İspaniya və digərlərində ali təhsil müddəti 4 ildən 3 ilə endirilib. Burada əsas məqsəd kimi təhsili standartlaşdırmaq, tələbəni əmək bazarına daha tez çıxarmaq, magistraturanı əsas ixtisas mərhələsinə çevirməkdir. Dünya təcrübəsindən fərqli olaraq Azərbaycanda hələ də 4 illik sistem qalmaqdadır.

Bəs görəsən, Azərbaycan ali təhsil sistemində hansı ixtisasları 3 ilə endirmək mümkündür? Bu addımın faydaları nələr ola bilər?

Təhsil eksperti Ramin Nurəliyev Lent.az-a açıqlamasında bildirib ki, Azərbaycan 3 illik təhsil sisteminə keçməyə hazırdır:

Təhsil ekpertləri haqqında nə bilirik? - Ramin Nurəliyev... | AzEdu.az

“Müxtəlif Avropa ölkələrində ali təhsil üzrə bəzi ixtisasların 3 illik olduğunu görürük. Ötən il Türkiyədə də 3 illik bakalavriat sisteminə keçildi. Hesab edirəm ki, bu, Azərbaycanda da mümkündür. 3 ilə yekunlaşa bilən ixtisasları nəyə görə 4 ilə uzadırıq? Müəllimlik, sosial iş, mədəniyyət və incəsənət, kənd təsərrüfatı, iqtisadiyyat, mühasibatyönümlü ixtisasları 3 ilə yekunlaşdırmaq olar. Hər hansısa bir kurs 6 ay-1 il ərzində vergi, maliyyə, mühasibatlıq, informasiya texnologiyaları ilə bağlı məlumatları gənclərə tam öyrədib, onları əmək bazarına hazırlaya bilirsə, universitetlər də bunu bacara bilərlər. Təhsil müddətinin qısaldılması övladı ödənişli əsaslarla oxuyan valideynlərə də müsbət təsir edəcək. Onlar artıq 4 il yox, 3 il təhsilhaqqı ödəyəcəklər. Bununla yanaşı şəhərin infrastruktunda da sıxlığın qarşısı alınacaq. Rayondan gələn tələbə 4 il yox, 3 il şəhərdə qalacaq.

Dil biliyi tələb edən, beynəlxalq münasibətlər, hüquq, tibb, stomatologiya, tərcümə, mühəndislik kimi ixtisasları çıxmaq şərtilə digərlərini müəyyən qədər 4 ildən 3 ilə endirməyə imkan var. Əgər Avropa, eləcə də Türkiyə bu istiqamətə keçid edibsə, bizdə də bunu reallaşdımaq olar, çünki həqiqətən də 4 illik olan ixtisaslarda tələbələrə tədris olunan fənlərin bəziləri qeyri-ixtisasa aiddir. Qeyri-ixtisas dərsləri çıxarılıb, ixtisas fənlərinə üstünlük verilərsə, təhsil müddətini 3 ilə qədər ixtisar etmək olar. Əskik olan dərs saatlarını isə günlərə bölərək tənzimləmək olar. Həftədə 5 dəfə universitetə gedən tələbəyə, həmin günlərdən birində sadəcə 1 fənn tədris olunur. Bunun yerinə hər günə 2-3 dərs salınsa, boşluq yaranan saatları da kompensasiya etmiş olarıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 400

Oxşar yazılar