Azərbaycanda axund Quran dərsinə gələn 16 yaşlı qızı qaçırdı
20 iyun 2025 22:53 (UTC +04:00)

Azərbaycanda axund Quran dərsinə gələn 16 yaşlı qızı qaçırdı

Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsinin məscidinin axundu qız qaçırıb.

Lent.az Musavat.com-a istinadən xəbər verir ki, axund Turab Əliqan oğlu Tahirov məscidə Quran dərsinə gələn 16 yaşlı qız uşağını qaçırıb.

Qızın ailəsi polisə məlumat verib. Hazırda polis əməkdaşları hadisə ilə bağlı araşdırma aparırlar.

Hadisə ilə bağlı başqa bir detal isə axundun məscidə yığılan pulları da ələ keçirməsidir. İddia olunur ki, axund məscidin 20 min manatını da ələ keçirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534

Oxşar yazılar