Özünə qəbir qazdırdı, 1 gün sonra öldü
20 iyun 2025 18:17 (UTC +04:00)

Özünə qəbir qazdırdı, 1 gün sonra öldü

Türkiyədə özünə qəbir qazdıran kişi səhərisi gün ölüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Bingöl rayonunu Solhan qəsəbəsində baş verib.

İstanbuldan qəsəbədəki qəbiristanlığa qohumlarının məzarlarını ziyarətə gələn Müzəffər Dikən özünə və arvadına da qəbir qazdırıb. O, bu anları kameraya çəkib və özünə də rəhmət oxuyub. Təsadüfdən səhəri günü kişinin halı pisləşib və o, xəstəxanaya yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, orada ölüb.

Müzəffər Dikən elə özünün 1 gün əvvəl qazdırdığı qəbirdə dəfn edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448

Oxşar yazılar