Füzulidə kişi yaşadığı evin həyətində ölü halda tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə Bala Bəhmənli kəndində qeydə alınıb.
Kənd sakini 75 yaşlı Hüseynov Salman Süleyman oğlunun meyiti yaşadığı evin həyətyanı sahəsində ailə üzvləri tərəfindən tapılıb. Onun hansı səbəblə öldüyü bəlli deyil.
Faktla bağlı Füzuli rayon prokuroluğunda araşdırma aparılır.