Hindistanın Andxra-Pradeş ştatında kreditor borcunu ödəməyən şəxsdən qeyri-adi qisas alıb. O, borclunun arvadına hücum edərək onu ağaca bağlayıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, təxminən üç il əvvəl zərərçəkənin əri Münikannappa adlı vətəndaşdan 80 min rupi borc alıb.
Borcalan razılaşdırılmış müddət ərzində pulu qaytara bilməyib. Bu şəraitə görə ailə borc verəndən gizlənərək yaşayış yerini tərk etmək məcburiyyətində qalıb.
Lakin borclunun həyat yoldaşı uşaqların müayinə vərəqlərini almaq üçün evə qayıtmalı olub. Bu zaman o, kreditorla qarşılaşıb.
Ərinin borcu olduğuna görə qadın ağaca bağlanıb və döyülüb. Üstəlik, qadının müdafiəsinə qalxmağa çalışan insanlara da xəsarət yetirilib.
Hadisə şahidlərinin çağırışı ilə hüquq-mühafizə orqanlarının əməkdaşları zərərçəkmişi azad ediblər.