Azərbaycanda 3315  sayt, sosial şəbəkə hesabı və səhifə bloklanıb
23 yanvar 2026 14:50 (UTC +04:00)

Azərbaycanda 3315 sayt, sosial şəbəkə hesabı və səhifə bloklanıb

0

Ötən il internet resurslarının real vaxt rejimində monitorinqi davam etdirilib.

Lent.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 2025-ci ilin yekunları ilə bağlı keçirilən kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, dini radikalizmi və kriminal həyat tərzini təbliğ edən 954, narkotik vasitələrin onlayn satışı ilə məşğul olan 769, pornoqrafik materiallar yayan 272, kompüter sistemlərinə zərər vuran viruslar yayan 189, qanunsuz idman mərc oyunları təşkil edən 1.131, ümumilikdə 3.315 sayt, sosial şəbəkə hesabı və səhifə aşkarlanaraq bloklanması təmin edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar