“Ötən ilin sentyabrın 15-dən oktyabra kimi 219 şagird koronavirusa yoluxub".
Lent.az məlumat verir ki, bu sözləri təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib. O bildirib ki, işçi heyət arasında isə 65 nəfər COVID-19-a yoluxub:
"Oktyabrda rəqəmlər artmağa başladı. Ən yüksək yoluxma isə dekabrda oldu. Bu zaman 6 378 nəfər şagird, 3 568 işçi heyəti virusa yoluxmuşdu".
R.Ağayev əlavə edib ki, bugünədək 25 370 şagird, 15 128 nəfər təhsil işçisi koronavirusa yoluxub.