"Bir il ərzində 149 min 399 koronavirus xəstəsi evdə nəzarətə götürülüb".
Lent.az məlumat verir ki, bu barədə Bakı Baş Səhiyyə İdarəsinin İnformatika və tibbi statistika sektortorunun müdiri İradə İsmayılova məlumat verib. O bildirib ki, sözügedən müddətdə çağrı mərkəzinə 112 min 981 zəng daxil olub:
"Ölkə üzrə ümumi 16 min 295 tibb işçisi COVID-19 virusuna yoluxub. Onlardan 4658 həkim, 6224 orta tibb işçisi, 5408 digər tibb işçiləridir".