Azərbaycanda 10 bələdiyyə ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB
12 fevral 2021 16:58 (UTC +04:00)

Azərbaycanda 10 bələdiyyə ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB

Azərbaycanda vəzifəli şəxsləri barədə cinayət işi açılan 10 bələdiyyə məlum olub.

APA-nın məlumatına görə, Milli Məclisə daxil olan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə bildirilir ki, Şabran rayonu Pirəbədi, İsmayıllı rayonu Tircan, Şəmkir rayonu Əliyaqublu, Masallı rayonu Ərkivan, Bakı şəhəri Sabunçu rayonu Ramana, Biləsuvar rayonu Əliabad, Masallı rayonu Kolatan, Ucar rayonu Qaracallı, Xaçmaz rayonu Qaraçaycek, Ağcabədi rayonunun Aran bələdiyyələrinin vəzifəli şəxsləri barədə cinayət işi başlanılıb.

***

16:47

2020-ci il ərzində İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən, bələdiyyələrin 172 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib.

APA-nın məlumatına görə, bu, Milli Məclisə daxil olan “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”ndə əksini tapıb.

Həmin protokollar üzrə 138 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 6 inzibati xəta protokoluna xitam verilib, 28 protokola isə baxılmaqdadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3165
avatar

Oxşar yazılar