Azərbaycana daha iki ölkədən bu məhsulların idxalı məhdudlaşdırıldı
29 yanvar 2021 16:15 (UTC +04:00)

Azərbaycana daha iki ölkədən bu məhsulların idxalı məhdudlaşdırıldı

Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatı əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

Agentlikdən Lent.az-a verilən məlumata görə, daxil olan məlumatlara əsasən, Çexiyanın Cənubi Çexiya (Jihocesky) və İtaliyanın Emiliya-Romanya (Emilia-Romagna) inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi, Belçikanın  Antverp (Antwerp) inzibati ərazi vahidində blutanq xəstəliyi qeydə alınıb.

Bununla əlaqədar olaraq, Belçikanın Antverp inzibati ərazi vahidindən bütün növ diri iri və xırdabuynuzlu heyvanların və onlara aid genetik materialların, o cümlədən OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Çexiyanın Cənubi Çexiya və İtaliyanın Emiliya-Romanya inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Belçika Krallığından, Çexiya və İtaliya  respublikalarından gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1848
avatar

Oxşar yazılar