Azərbaycana Çin peyvəndi gətirilib? - TƏBİBDƏN CAVAB
13 yanvar 2021 11:44 (UTC +04:00)

Azərbaycana Çin peyvəndi gətirilib? - TƏBİBDƏN CAVAB

Yerli media və sosial şəbəkələrdə yayılan məlumata görə, Azərbaycana artıq yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə Çin istehsalı olan "Sinovac" peyvəndi gətirilib.

Mövzu ilə əlaqədar Lent.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) bildirilib ki, ölkəyə gətirilən peyvəndlərlə bağlı rəsmi məlumat olduqda ictimaiyyətə açıqlanacaq:

"Belə məlumat TƏBİB tərəfindən verilməyib".

Qeyd edək ki, "Sinovac"ın effektivliyi barədə elmi ədəbiyyata son tədqiqatlar daxil edilməsə də, media vasitəsilə onun qoruyuculuq faizi geniş şəkildə ictimaiyyətə çatdırılıb. “Sinovac" peyvəndinin Braziliyada tətbiqindən sonra effektivliyinin 50-90 faiz arası, sonradan isə Türkiyədə aparılan tədqiqat zamanı 91,25 faiz olduğu müəyyən edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2913
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar