Azərbaycan vətəndaşlarının Gürcüstana qatarla giriş-çıxışına  icazə verildi
20 may 2026 14:57 (UTC +04:00)

Azərbaycan vətəndaşlarının Gürcüstana qatarla giriş-çıxışına icazə verildi

0

2026-cı il 25 may saat 00:00-dan dəmiryol nəqliyyatı vasitəsilə Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycana vizasız gəlmə hüququ olan bütün xarici ölkə vətəndaşlarının Azərbaycan Respublikası ilə Gürcüstan arasında giriş-çıxışına icazə veriləcək.

Lent.az APA-ya istinadla xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Xarici İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti bu qərardan irəli gələn məsələləri qanunvericiliyin tələblərinə uyğun olaraq həll etməlidirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 190

Oxşar yazılar