“Azərbaycan ştammı” da yayıla bilər" - XƏBƏRDARLIQ
19 mart 2021 16:38 (UTC +04:00)

“Azərbaycan ştammı” da yayıla bilər" - XƏBƏRDARLIQ

“Test istənilən ştammı müəyyən edir. Ola bilər ki, test verən zaman nəticə neqativ olsun, amma testin cavabından bir gün sonra simptomlar əmələ gəlsin, test müsbət göstərsin”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, “Britaniya ştammı”nın hər hansı bir ölkə tərəfindən qarşısının alınması qeyri-mümkündür: “Çünki ştammlar bütün dünyaya yayılır. Necə ilkin ştam yayılıb, digərləri də yayılacaq. Hətta fantastik bir şey də deyim ki, “Britaniya ştammı”na uyğun olaraq, yerli “Azərbaycan ştammı” da yayıla bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3642
avatar

Oxşar yazılar