Azərbaycan Qafan-Çakaten yolunda da nəzarət-buraxılış məntəqəsi yaradır
15 noyabr 2021 01:20 (UTC +04:00)

Azərbaycan Qafan-Çakaten yolunda da nəzarət-buraxılış məntəqəsi yaradır

Azərbaycanın Qafan-Çakaten yolunda nəzarət-buraxılış məntəqəsi yaratması gözlənilir.

APA-nın məlumatına görə, yolun Azərbaycan ərazisindən keçən hissəsində yaradılacaq məntəqə gömrük və sərhəd xidməti nəzarəti həyata keçirəcək.

Nəzarət-buraxılış məntəqəsinin noyabrın 15-dən yaradılması gözlənilir.

Ermənistan Milli Təhlükəsizlik Xidməti də noyabrın 15-dən Azərbaycanın Qafan şəhərindən Çakatan kəndinə gedən yolda nəzarət-buraxılış məntəqəsi yaradacağını açıqlayıb. 

Qeyd edək ki, Azərbaycan noyabrın 11-də Qafan-Gorus avtomobil yolunun Azərbaycan ərazisindən keçən hissəsində də nəzarət-buraxılış məntəqəsi yaradıb.

# 1404
avatar

Oxşar yazılar