Azərbaycan polisi FİLM ÇƏKDİ:  "Tora düşənlər" - VİDEO
25 avqust 2022 15:51 (UTC +04:00)

Azərbaycan polisi FİLM ÇƏKDİ: "Tora düşənlər" - VİDEO

Daxili İşlər Nazirliyinin dəstəyi ilə "Tora düşənlər" filmi hazırlanaraq ictimaiyyətə təqdim edilib.

Lent.az xəbər verir ki, film müraciət edən insanların pullarının mütəşəkkil dəstə üzvləri tərəfindən maliyyə piramidaları vasitəsilə necə ələ keçirilməsindən bəhs edir.

Filmdə dələduzların iş prinsipi, fırıldaqçılıq metodları bütün çılpaqlığı ilə izləyicilərə təqdim olunur.

Maliyyə piramidalarının toruna düşməmək, dələduzluğun qurbanı olmamaq üçün real istintaq materialları əsasında hazırlanan maarifləndirici sənədli filmi izləməyi hər kəsə tövsiyə edirik.

Tora düşənlər filmi təqdim edilib

# 2877
avatar

Oxşar yazılar