Ölkəmizin dünyanın müxttəlif ölkələrində tanıdılması və dəyərlərimizin təbliğinə xüsusi həssaslıqla yanaşan “Azərsun Holdinq”in sifarişi ilə “Azərbaycan ordusu” mövzusunda hazırlanmış təqvim dəsti yüksək mükafata layiq görülüb. Azərbaycanın ən peşəkar reklam agentliklərindən olan “YelloAD” tərəfindən tərtib edilən dəst münsiflər tərəfindən rəğbət qazanıb.
Layihə Azərbaycanda ilk dəfə keçirilən Felis Awards Azerbaijan müsabiqəsində "Publications&Editorial Design" kateqoriyası üzrə ikinci yerə layiq görülüb.
Qeyd edək ki, layihə çərçivəsində ölkəmizin hərb tarixinin son 100 ili əhatə olunub, ölkəmizin tarixinə adını qızıl hərflərlə yazdırmış qəhramanlarımız barədə məlumatlar yer alıb.