Avrora Qrup məktəbliləri belə sevindirdi®  -VİDEO
15 sentyabr 2022 13:00 (UTC +04:00)

Avrora Qrup məktəbliləri belə sevindirdi® -VİDEO

Bilik Günü münasibəti ilə Avrora Qrup sosial məsuliyyət proqramına uyğun olaraq Lənkəran şəhəri Osman Mirzəyev adına qarışıq tipli uşaq evi və Astara rayonunun Diqo kəndində orta məktəbdə təhsil alan bütün şagirdləri məktəb ləvazimatları və çantalarla təmin edib.

Lənkəran şəhəri Osman Mirzəyev adına qarışıq tipli uşaq evinin müəllimləri görüş zamanı uşaqlar üçün lazım olan bütün məktəb ləvazimatları ilə təmin etdiyinə görə Berg Tea və Avrora Qrupa öz təşəkkürünü bildirib. Avrora şirkətinin əməkdaşları da öz növbəsində şagirdləri yeni tədris ili münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb.

Şirkət eyni zamanda Astara rayonunun ucqar dağ kəndi olan Diqoda məskunlaşan uşaqları təhsil almağa həvəsləndirmək, oları məktəbə getməyə təşviq etmək üçün bütün uşaqlara məktəb çantaları və məktəb ləvazimatları ilə təmin edib. 

Məlumat üçün bildirək ki, hər il olduğu kimi bu il də Avrora Qrup 2022-ci ilin "Korporativ sosial məsuliyyət proqramı"nda uşaqlara xüsusi yer ayırıb. İl ərzində keçirilən sosial layihələrin məqsədi uşaqların üzündə təbəssüm yaratmaq, onların yanında olaraq müxtəlif istiqamətlərdə dəstək verməkdir.

Avrora Qrup məktəbliləri belə sevindirdi

# 1521
avatar

Oxşar yazılar