Avropa Azərbaycan Məktəbinin şagirdləri Tunisdə beynəlxalq festivalda uğurla çıxış edib - VİDEO
05 iyul 2022 11:17 (UTC +04:00)

Avropa Azərbaycan Məktəbinin şagirdləri Tunisdə beynəlxalq festivalda uğurla çıxış edib - VİDEO

Avropa Azərbaycan Məktəbinin (AAM) şagirdləri Tunisdə keçirilən beynəlxalq festivalda uğurla çıxış ediblər.

Lent.az xəbər verir ki, AAM-dən bildirilib ki, şagirdlərə dünyagörüşlərini genişləndirmək, Azərbaycanı beynəlxalq səhnələrdə təmsil etmək və ən yaxşı olmaq imkanı yaradılır.Qeyd olunub ki, AAM-in şagirdləri “I-Fest Tunisia 2022”-də heyrətamiz nailiyyətlər əldə edib.

Hüseyn Mehdiyev və Tunar Karimov II, Sara Nabikoglu və Aydın Aslanlı festivalda III yeri tutub.

Onlar bu yerləri 40 ölkə və 1000-dən çox iştirakçı arasında qazanıblar. Şagirdlər, həmçinin, robot proqramlaşdırma dərslərində iştirak ediblər.

AAM şagirdləri təbrik edib, gələcək yarışmalarda uğurlar arzulayıb: “Avropa Azərbaycan Məktəbi həmişə sizinlədir!” 

Avropa Azərbaycan Məktəbinin şagirdləri Tunisdə beynəlxalq festivalda uğurla çıxış edib

# 1860
avatar

Oxşar yazılar