ATU-da “Sözdən əmələ. Maraqlı tərəflərlə qarşılıqlı əlaqə” mövzusunda görüş keçirilib
22 may 2023 10:24 (UTC +04:00)

ATU-da “Sözdən əmələ. Maraqlı tərəflərlə qarşılıqlı əlaqə” mövzusunda görüş keçirilib

Azərbaycan Tibb Universitetində “Sözdən əmələ. Maraqlı tərəflərlə qarşılıqlı əlaqə” şüarı ilə görüş keçirilib. Konsultativ xarakterli görüşdə Azərbaycanda tibb sahəsində fəaliyyət göstərən əksər elmi- tədqiqat institutları və müəssisələr, Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB, Təhsilin İnkişaf Fondu, dövlət və özəl xəstəxanaları, iri klinikalar və tibb xidmətləri sferasındakı bir sıra qurumların rəhbərləri iştirak ediblər. Görüşün məqsədi ATU məzunlarının məşğulluğunun təmin olunması ilə bağlı bir sıra məsələlərin müzakirəsindən ibarət olub.

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli qeyd edib ki, ali məktəbin əsas missiyaları sırasında keyfiyyətli təhsil verilməsi ilə yanaşı, əmək bazarında uğurla fəaliyyət göstərən, insanların sağlamlığının keşiyində duran və ictimaiyyətə böyük elmi və praktiki töhfə verən məzunların hazırlanması da daxildir. ATU məzunlarının işlə təmin olunması üçün maraqlı tərəflərin nümayəndələri ilə müzakirələrin aparılması önəmlidir:

“Görüş iştirakçılarının hər birisi ATU-nun məzunlarıdır. Əsas məqsədimiz də cəmiyyət üçün keyfiyyətli məzun hazırlamaqdır. Son illər ATU-da istər tədris proqramlarının, istər tədris metodologiyasının müasirləşdirilməsi, istərsə digər sferalarda xeyli işlər görülüb. İslahatlar nəticəsində universitetimizdə
təhsil alan xarici tələbələrin sayı 3000-ə yaxınlaşmaqdadır. Türkiyə və Avropa ölkələrinin 30-a yaxın universitetləri ilə qarşılıqlı əməkdaşlıq yaradılıb, birgə layihələr həyata keçirilir. ATU-da yeni ixtisaslar yaradılması ilə yanaşı, tələbələrin qiymətləndirmə prosesində dəyişikliklər aparılıb, prosesin tam şəffaf keçməsi üçün aralıq imtahanlar salınıb. Universitetimiz 3 ixtisas üzrə beynəlxalq akkreditasiyadan təsdiq alıb. Bu istiqamətdə işlərimiz davam edir. Bununla yanaşı, məzunlarımızın əsas işəğötürən tərəfləri olaraq hər birinizlə əməkdaşlıq etməyi düşünürük”.

Sonra ATU-nun İnnovasiya və keyfiyyət şöbəsinin müdiri Aygün Babayeva “Sözdən əmələ. Maraqlı tərəflərlə qarşılıqlı əlaqə” adlı təqdimatla çıxış edərək bir sıra statistik məlumatları açıqlayıb.

Görüşdə qeyd olunub ki, ATU tələbələrinin müvafiq bacarıq və məşğuliyyət imkanlarının yaxşılaşdırılması üçün tədris proqramının və fənlərin inkişafı və yenilənməsi, rəqabətədavamlılığın və innovasiyaların dəstəklənməsi və digər məsələlərlə bağlı müzakirələrin aparılmasına ehtiyac var.

Görüş iştirakçıları yerli, regional və milli səviyyələrdə bacarıq və kadr çatışmazlığı probleminin həll edilməsi üçün bacarıqların formalaşdırılması, məşğulluq, təhsil və sosial təminat sahəsində inkişaf edən tələbat əsasında yeni ixtisaslarla bağlı təkliflərin hazırlanması mövzusu ilə bağlı təklif və fikirlərini bölüşüblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1839
avatar

Oxşar yazılar