“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi sədri Mehriban Zeynalova rəhbəri olduğu sığıanacağa bu gün iki bacının gətirilməsi barədə paylaşım edib.
Lent.az məlumat verir ki, M.Zeynalova bildirib ki, sığınacağa gətirilən iki bacıdan balacası böyük bacısına deyib ki, hamınızdan küsmüşəm:
"Bacısı soruşur ki niyə? Deyir, səndən çox yox, atamdan ən çox küsmüşəm.
İki bacının analarının tərk edib getdiyi bildirilir. Ata isə fəhlə işlədiyi üçün onlara baxmaqda çətinlik çəkdiyi üçün övladlarını sığınacağa yerləşdirib".