Aprel döyüşləri qazisi vəfat etdi
12 sentyabr 2025 12:35 (UTC +04:00)

Aprel döyüşləri qazisi vəfat etdi

0

Lənkəranda aprel döyüşlərinin iştirakçısı vəfat edib.

Lent.az xəbər verir ki, aprel döyüşlərinin iştirakçısı, qazi Ramin Süleyman oğlu Hümbətov ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Vəziyyətinə uyğun olaraq o, reanimasiya şöbəsinə yerləşdirilib və 5 gün komada qalıb.

Lakin həkimlərin göstərdiyi bütün tibbi müdaxilələrə baxmayaraq R.Hümbətovun həyatını xilas etmək mümkün olmayıb. O, bu gün səhər saatlarında müalicə aldığı Lənkəran rayon mərkəzi xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, qazi Ramin Süleyman oğlu Hümbətov aprel döyüşlərində Lələtəpə uğrunda gedən döyüşlərdə yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 408

Oxşar yazılar