"APA GROUP" un əməkdaşları MEDİA-nın müsabiqəsinin qalibləri sırasında
08 dekabr 2025 14:55 (UTC +04:00)

"APA GROUP"un əməkdaşları MEDİA-nın müsabiqəsinin qalibləri sırasında

0

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən 30 oktyabr 2025-ci il tarixində elan olunmuş "Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb.

Lent.az xəbər verir ki, qaliblər sırasında APA İnformasiya Agentliyinin də əməkdaşları var.

Belə ki, APA-nın redaktorlarından olan Mirmehdi Ağaoğlu və Nadir Yalçın, eyni zamanda iqtisadiyyat şöbəsinin əməkdaşı Şükran Məmmədov qaliblər sırasında yer alıblar. Mirmehdi Ağaoğlu “ən yaxşı müsahibə”, Nadir Yalçın “ən yaxşı mədəniyyət materialı”, Şükran Məmmədov isə “ən yaxşı sosial-iqtisadi təhlil" nominasiyası üzrə qalib olub.

Həmçinin Kulis.az-ın əməkdaşı Sevinc Abdullayeva da, "ən yaxşı jurnalist araşdırması" üzrə qalib seçilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar