Ailələr "xoşbəxt"  bloggerlərin paylaşımlarına baxıb, boşanırlar
02 mart 2026 16:08 (UTC +04:00)

Ailələr "xoşbəxt" bloggerlərin paylaşımlarına baxıb, boşanırlar

0

Sosial şəbəkələrdəki təkcə mənfi xarakterli deyil, eləcə də “müsbət” görünüşlü paylaşımlar bəzi münasibətlərə - valideyn-övlad, ər-arvad, təsir edir. Psixoloqların qadın və kişi üzərinə qoyduğu tələblər, “xoşbəxt ailə modeli” yaşayan cütlüklərin rəngarəng paylaşımları, reallıqdan uzaq həyatlar bir müddət sonra onları izləyənləri depressiyaya salır, daxili çöküş yaradır.

Həkim-psixoterapevt Elmir Əkbər Lent.az-a açıqlamasında bildirib ki, ailələrin dağılmasının birinci səbəbi “psixoloq” adı altında neqativ mesajlar ötürən şəxslərdir:

image-1673503413_274704073_5631610863522024_8599802442384987664_n

Azərbaycanda təəssüf ki, sosial şəbəkələrin hər şeyə, xüsusən də ailə modelinə, gənclərə, yeniyetmə və uşaqlara mənfi təsiri var. Dələduzlar, əxlaqsızlar Rusiyada, Ukraynada, Türkiyədə, Gürcüstanda bir kağız alaraq adlarınıpsixoloq, “psixoterapevt qoyub sosial şəbəkələrdə neqativ mesajlar ötürürlər. Ailələrin dağılmasının birinci səbəbi də məhz budur. Həmin psixoloqların dediklərini dinləyən gənc qızlar, oğlanlar valideynlərdən, bir-birlərindən heç bir əsası olmadan elə şeylər tələb edirlər ki, onlar olmadıqda ya boşanırlar, ya da evdən qaçırlar.

Məsələ tək bu “psixoloq”larla da yekunlaşmır. Sosial şəbəkələrdəki “xoşbəxt” cütlüklər çiçəkləri, buketləri, hədiyyələri reklam edərək “düzgün ailə”lərin belə olduğunu aşılayırlar. Bunu görən zəhmətkeş insanlar isə həyatdan bezirlər. Elə düşünürlər ki, onlar xoşbəxt deyillər, xoşbəxtlik yalnızca hədiyyələrdədir. Sosial verilişlərə çıxan insanlara fikir versəniz onlar da, “biz xoşbəxt olmaq istəyirik”, deyərək çox destruktiv seçimlər edirlər.

Dırnaqarası ər-arvadlar xoşbəxt ailə modellərini serial formasında çəkib paylaşırlar. Çox zaman bu paylaşımlarda Azərbaycan mentaliletinə, namusuna və qeyrətinə sığmayan hərəkətlər yer alır. Xoşbəxtliyin bu cür düşüklükdə olduğunu görən şəxslərin isə daxillərində də təbii olaraq üsyan yaranır. Bəziləri buna görə boşanır, bəziləri kənddən şəhərə məhz xoşbəxtlik əldə etmək düşüncəsi ilə gəlir. Amma onların heç biri bilmir ki, instaqramın, feysbukun arxasında bir çox hallarda tamamilə saxtakar, qurulma münasibətlər durur. Bəzən bunların üstü açılır, hər kəsə bəlli olur. Xoşbəxt ailə olduqlarını sübut eləməyə çalışan ər-arvadların zaman keçdikcə savaşları, xəyanətləri, oyunları məhz sosial şəbəkədə ifşa olunur. Hər kəsə təəccüblü gəlir ki, axı bunlar xoşbəxt idilər, axı bir-birlərini hədiyyəyə boğurdular, indi necə belə oldu? Azərbaycan ailələrini məhv edən əsas səbəblərdən biri bu cür saxtakarlıqlar və maskalı münasibətlərdir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 923

Oxşar yazılar