"Yaxın günlərdə açıq havada maskadan istifadə ləğv edilə bilər".
Lent.az məlumat verir ki, bu barədə TƏBİB-in Departament müdiri Yaqut Qarayeva AzTV-də “Günə birlikdə başlayaq” verilişində deyib.
O bildirib ki, bu istiqamətdə artıq qaydalar hazırlanır: “Yaxın vaxtlarda tibbi maskalarla bağlı yekun bir qərarlar elan ediləcək. Bu, məhz açıq havada maskadan istifadə ilə bağlı məsələni əhatə edəcək. Hər kəsdən xahiş edirik ki, rəsmi məlumatları gözləsinlər”.