Ac qarına yeyilən şaftalı:  qanı yuyur, ürəyi cavanlaşdırır
18 sentyabr 2025 19:59 (UTC +04:00)

Ac qarına yeyilən şaftalı: qanı yuyur, ürəyi cavanlaşdırır

0

Vətəni Çin olan şaftalı tərkibindəki vitaminlərlə tam bağırsaq dostudur. Şaftalı dadlı olması ilə yanaşı, sağlamlığa faydalı olan antioksidant və mineralları ehtiva etdiyi üçün ən faydalı yay meyvələri arasındadır. Şaftalıların faydalılığını artıracaq texnika onları acqarına yeməkdir. 

Lent.az acqarına yeyilən şaftalıların möcüzəvi təsirini təqdim edir.

Vitamin deposu

Şaftalı təxminən 8 min il əvvəl ərik, gavalı, nektarin və albalı kimi çəyirdəkli meyvənin bir üzvü olaraq ortaya çıxıb. Lif, zülal, vitamin və minerallar baxımından çox zəngin olan şaftalı müxtəlif problemlərə faydalı olduğu kimi ürək sağlamlığı üçün də çox əhəmiyyətlidir. Şaftalı immunitet sisteminin gücləndirilməsində də çox vacibdir.

Düzgün istifadə, daha çox fayda

Şaftalı bəzən sərin yay səhər yeməyimizi, bəzən qəlyanaltılarımızla, bəzən də meyvəyə can atdığımız zaman qidalanmağınızı müşayiət edir. Bu ləzzətli meyvəni acqarına qəbul etmək onun müalicəvi xüsusiyyətlərini artırır. Məsələn, şaftalı C vitamini ilə zəngin bir meyvədir. Bu vitamin acqarına daha asan sorulur. C vitamini immunitet sistemini gücləndirir. Xəstəliklərlə mübarizə aparmağa kömək edir.

Bağırsaq sağlamlığını qoruyur 

Şaftalını acqarına yemək özü ilə bir sıra faydalar gətirir. Bu aşağı kalorili qida vitamin, mineral və liflə zəngin olduğu üçün həzm sisteminə də müsbət təsir göstərir. Şaftalıda olan lif bağırsaq hərəkətlərini tənzimləyərək qəbizliyin qarşısını alır. Bundan əlavə, şaftalıların tərkibində bağırsaqlardakı faydalı bakteriyaları qidalandıran prebiyotiklər də var.

Antioksidantların mənbəyi  

Tam bir antioksidant qaynağı olan şaftalıların acqarına istehlak edilməsi bu antioksidanların orqanizm tərəfindən daha sürətli və daha təsirli istifadəsini təmin edir. Tərkibində su baxımından da zəngin olan şaftalı, ac qarına istehlak edildikdə bədəni nəmləndirərək dərinin sağlam qalmasına kömək edir.

Dəmir qaynağı 

Orta ölçülü şaftalıda 0,3 mq dəmir var. Bu dəmir tərkibi digər meyvələrdən daha yüksəkdir. Bədənin dəmir ehtiyacını dəstəkləmək dəmir səviyyəsini yaxşılaşdırmağa kömək edir və anemiyanın qarşısını alır. Anemiyanın aradan qaldırılması yorğunluğun, yuxusuzluğun və diqqətin yayınmasının qarşısını alır.

Kaliumla zəngindir

Şaftalıda çoxlu kalium var. Qan təzyiqinin tarazlaşdırılmasında faydalı olan kalium, ac qarına istehlak edildikdə təsirini artırır. Şaftalıları acqarına yemək də kaliumun udulmasını xeyli asanlaşdırır. Bu yolla ürək xəstəliklərinin də qarşısı alınır.

Bunun sayəsində böyrəklər yaxşı işləyir

Ac qarına yeyilən şaftalı böyrəklər üçün faydalıdır. Acqarına şaftalı yemək böyrəklərin daha yaxşı işləməsinə kömək edir. Şaftalı tam bir sidikqovucudur. Bədəndən toksinlərin çıxarılmasına kömək edir. Şaftalı qandakı zərərli bakteriyaları təmizləməyə kömək edir və diş sağlamlığı üçün də çox təsirlidir.

A vitamini qaynağı

Şaftalı gündəlik A vitamini ehtiyacının 6, C vitamini ehtiyacının isə 15 faizini qarşılayır. Şaftalıda həmçinin 2 faiz K və E vitaminləri, fosfor, mis və sink var. 147 qram ağırlığında orta ölçülü şaftalıların qidalanma dəyərləri aşağıdakı kimi sıralana bilər: 50 kalori, 0,5 qram yağ, 0 qram xolesterin və natrium, 15 qram karbohidrat, 13 qram şəkər, 2 qram lif, 1 qram protein.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 30

Oxşar yazılar