ABŞ-ın Azərbaycandakı səfirliyindən  MÜRACİƏT:   "Aldanmayın"
20 oktyabr 2021 16:28 (UTC +04:00)

ABŞ-ın Azərbaycandakı səfirliyindən MÜRACİƏT: "Aldanmayın"

ABŞ-ın Azərbaycandakı səfirliyi vətəndaşlara müraciət edib.

Lent.az xəbər verir ki, qurumun sosial şəbəkə hesabında bu barədə bildirilib:

"Aldanmayın! Müxtəliflik Vizasına müraciət üçün ödənişli xidmət göstərən şirkətlərin xidmətlərindən istifadə nəinki gərəksizdir, hətta viza müraciət formanızı dolduran şirkət səhv buraxarsa, viza almamağınızla nəticələnə bilər. Müxtəliflik Vizası müraciət formasında məlumatlarınızın düzgün və tam olmasını təmin etmək üçün məsuliyyət sizin üzərinizdədir. Lazımsız xərclərdən və müraciətinizin rədd edilmə riskindən çəkinin.

Müxtəliflik vizasına müraciət formasını rəsmi veb saytda özünüz doldurun. Qeydiyyatı yalnız rəsmi sayt vasitəsi ilə aparın - https://dvprogram.state.gov/?fbclid=IwAR10aG88dan4Q8ntYECFxdOMPqbIQx-QDhvKpWOyO25NOMqmBqG10ur1lgU ".

 

# 2331
avatar

Oxşar yazılar