Zəng vuran "tənhaların" 80 faizi... - NAZİR
07 aprel 2020 18:42 (UTC +04:00)

Zəng vuran "tənhaların" 80 faizi... - NAZİR

"Bu gün Azərbaycanda qeydiyyata düşə bilən 13 min tənha yaşayan ahıl var ki, onlardan artıq 10 mininə müxtəlif ərzaq payları təqdim edilib".

Lent.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, həmin tənhalara minimum bir, çoxuna isə iki həftəlik ərzaq verilib.

S.Babayevin sözlərinə görə, nazirlik tərəfindən tənha ahıllara xidmət göstəriləcəyi ilə bağlı məlumat veriləndə birinci gün 142 çağrı mərkəzinə 15 min zəng gəlib: "Zəng edənlərin 80 faizi tənha deyildi. "Oğlum u çağırmaq istəmirəm. Mənim üçün taksi göndərin", bu tipli müraciətlər gəlirdi. Tədricən izah edə-edə biz o insanlara vəziyyəti izah etdik. Artıq gün ərzində gələn zənglərin içində 100-150 zəng bu istiqamət üzrə olur".

Nazir onu da bildirib ki,  ünvanlı yardım alan 60 min ailəyə Heydər Əliyev Fondunun dəstəyi ilə Novruz bayramında ərzaq yardımı edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2504
avatar

Aygün İbrahimli

Oxşar yazılar