Ukraynadan quşçuluq məhsullarının idxalına məhdudiyyət götürüldü
12 mart 2020 16:08 (UTC +04:00)

Ukraynadan quşçuluq məhsullarının idxalına məhdudiyyət götürüldü

 

 

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (OİE) Ukraynanın yüksək patogen "quş qripi" xəstəliyi qeydə alınan ərazilərində aparılan epizootiya əleyhinə tədbirlər nəticəsində yüksək patogen quş qripi xəstəliyinin yeni alovlanmaları qeydə almayıb.

Lent.az bildirir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Məlumatda qeyd edilir ki, bununla da, Ukraynadan Avropa Birliyi dövlətlərinə quş əti idxalına və tranzitinə icazə verilib.

Bütün bunları nəzərə alaraq, AQTA Vinnitsa vilayəti istisna olmaqla, Ukraynanın digər ərazilərindən Azərbaycana idxal olunan diri quş və quşçuluq məhsullarının idxalına yanvarın 30-dan tətbiq edilən məhdudiyyətin aradan qaldırılması ilə bağlı qərar qəbul edib. Qərar martın 1-i və sonrakı tarixlərdə istehsal edilən diri quş və quşçuluq məhsullarına şamil edilir.

Eyni zamanda Ukraynadan respublikamıza birbaşa gələn və ya tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı gömrük-sərhəd keçid məntəqələrində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan  Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Ümumdünya Heyvan Sağlamlığı təşkilatı tövsiyə edir ki, yüksək patogen "quş qripi"  xəstəliyinin baş verməməsi üçün quşçuluq məhsullarının və quşların  beynəlxalq ticarətinin aparılmasında ölkələrin epizootik vəziyyəti nəzərə alınmalı, quşçuluq təynatlı istehsal müəssisələrində və bu müəssisələrin daxil olduğu ərazilərdə daimi müşahidələr aparılmalı və baytarlıq-sanitariya tələblərinə əməl edilməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 470
avatar

Oxşar yazılar