Təyyarə ekipajına bu məhdudlaşdırmalar tətbiq ediləcək
11 iyun 2020 18:07 (UTC +04:00)

Təyyarə ekipajına bu məhdudlaşdırmalar tətbiq ediləcək


İşçi işə gəlməzdən əvvəl özündə COVID-19 əlamətləri (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) hiss edərsə, rəhbərinə xəbər verərək evdə izolyasiya olunmalı və tibbi xidmətin təmin olunması məqsədilə 103 TTTY-yə müraciət etməlidir.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da əksini tapıb.

Qaydalara əsasən, təyyarə ekipajının ictimai nəqliyyat vasitəsilə hərəkət etməsi mümkün qədər məhdudlaşdırılmalıdır.

- Təyyarə ekipajı mümkün qədər ictimai yerlərdə olmaqdan çəkinməlidir.

- İş zamanı özündə COVID-19 əlamətləri (qızdırma, quru öskürək, nəfəs darlığı, ishal və s.) hiss edən işçi dərhal işini dayandırmalı, tibbi maska ilə təmin olunaraq qapalı otaqda izolyasiya edilməlidir. Həmin şəxsə tibbi xidmətin göstərilməsi üçün 103 TTTY-ə müraciət edilməlidir.

- Xəstəlik əlaməti olan işçinin iş yeri dezinfeksiya edilməlidir.

- Həmin işçidə laborator üsul ilə COVID-19 təsdiqləndiyi halda, onunla sıx təmasda olan əməkdaşlardan test götürülməli və cavabları aşkarlanana qədər onlar evdə izolyasiya olunmalıdırlar.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2329
avatar

Oxşar yazılar