“İstanbul-Bakı reysi ilə Bakıya gələn sərnişinlər karantinə alınmayacaq. Bununla bağlı yaxınları Türkiyədən qayıdan vətəndaşların narahatlığına əsas yoxdur”.
Bu açıqlamanı Lent,az-a TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva verib.
O bildirib ki, iyunun 17-də Türkiyədən ölkəyə qayıdanlar evə buraxılıblar: “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (AZAL) xüsusi reysləri ilə Azərbaycana qayıdan vətəndaşlarımızın əllərində koronavirus testinin nəticəsi varsa, yəni nəticə neqativdirsə, həmin vətəndaşlar karantinə alınmayacaq. İyunun 17-də gələnlər olub və bu gün də gələnlər olacaq, onlar karantinə götürülməyəcək. Sadəcə, ev karantininə göndəriləcəklər”.
Məsələ ilə bağlı AZAL-dan bildirilib ki, əllərində test nəticəsi neqativ olanlar karantinə alınmayacaq: “Test nəticəsi neqativ olan və aeropotda temperatur müayinəsi zamanı yüksək hərarəti olmayan vətəndaşlar evlərinə buraxılacaq”.
Qeyd edək ki, Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) iyunun 17 və 18-də Bakı-İstanbul-Bakı istiqamətində xüsusi reyslər yerinə yetirəcək.
Hər bir istiqamətdə reysə 150 sərnişin qəbul ediləcək.
İstanbul-Bakı reysi ilə yalnız Azərbaycan vətəndaşları gətirilir.
İstanbuldan uçuş zamanı hava limanında qeydiyyatdan keçərkən sərnişin uçuşdan ən gec 48 saat əvvəl verilmiş COVID-19-a dair mənfi nəticə barədə arayışı təqdim etməlidir.