Təhsil haqqı dövlət hesabına ödənilən tələbələrin sayı açıqlandı
13 iyun 2020 16:42 (UTC +04:00)

Təhsil haqqı dövlət hesabına ödənilən tələbələrin sayı açıqlandı


Hazırda ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan 17 120 nəfər məcburi köçkün statusuna malik olan, valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş, Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin uşaqları, I və II dərəcə əlilliyi olan, habelə, sağlamlıq imkanları məhdud 18 yaşınadək tələbələrin təhsil haqqı dövlət büdcəsi hesabına ödənilir.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, pandemiya dövründə Nazirlər Kabinetinin “Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi barədə” qərarı qəbul edilib. Qərar 20 mindən artıq tələbəni əhatə edir.  Qərarın icrası üçün dövlət büdcəsindən 40 milyon manat maliyyə vəsaiti ayrılıb. 

Qeyd edilib ki, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi yerləri 66 faiz artaraq 12 300-dən 20 500-ə çatdırılıb. Son 5 il ərzində ali məktəblərə qəbul olunan tələbələrin sayında təxminən 21 faiz artım olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10705
avatar

Oxşar yazılar