Temperatur yüksəlir - PROQNOZ
12 oktyabr 2020 12:51 (UTC +04:00)

Temperatur yüksəlir - PROQNOZ

Oktyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.  Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz  20-23, Bakıda gecə 14-16, gündüz 21-23 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz  40-45 faiz təşkil edəcək. 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 12-16, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz  12-16 dərəcə  isti olacaq.  

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 13-14-də Abşeron yarımadasında komfort temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 598
avatar

Aygün İbrahimli

Oxşar yazılar